"Eşref Tek" geri dönür
Dünya
“Eşref Rüya” serialının “Eşref”i Çağatay Ulusoy yeni layihə ilə geri dönür.
News24.az xəbər verir ki, TİMSBİ şirkəti yeni serialın yaxın zamanda yayımlanacağını açıqlayıb.
Şirkət layihəni “Tek isim. Tek başlangıç. Eşref Tek. Her efsanenin bir başlangıcı vardır” ifadələri ilə təqdim edib.
Serial “Eşref”in hələ cinayət dünyasının zirvəsinə yüksəlmədiyi illərdən bəhs edəcək. Süjetdə onu indiki vəziyyətinə gətirən hadisələrin başlanğıcı, keçmişi və həyatındakı mühüm dönüş nöqtələri ekranlaşdırılacaq.
Layihədə həmçinin “Eşref” keçmişi, “Rüya” bağlılığının kökləri və onun həyatında baş verən mühüm hadisələrə yer veriləcək. (Qafqazinfo)