Estetik əməliyyatdan sonra görmə qabiliyyətini itirdi

Estetik əməliyyatdan sonra görmə qabiliyyətini itirdi Dünya

Finlandiyalı bloger Coni Hesselqren Cənubi Koreyanın paytaxtı Seul şəhərində keçirdiyi estetik əməliyyatdan sonra müvəqqəti olaraq görmə qabiliyyətini itirib.

News24.az xəbər verir ki, 30 yaşını qeyd etmək üçün radikal üzgərmə əməliyyatı etdirmək qərarına gələn bloqer əvvəlcə bu məqsədlə Türkiyəyə getməyi planlaşdırıb.

Türkiyəli həkimlər isə onun yaşını nəzərə alaraq əməliyyatdan imtina ediblər.

Məlumata görə, Hesselqren daha sonra əməliyyat üçün Seula üz tutub. Qeyd olunub ki, əməliyyat zamanı o, xeyli qan itirib.

Narkozdan ayıldıqdan bir gün sonra Hesselqren 15 saat ərzində görmə qabiliyyətini itirib. (Qafqazinfo)