Estoniya Ukraynaya 6,5 milyon avro yardım ayıracaq

Estoniya Ukraynaya 6,5 milyon avro yardım ayıracaq Dünya

Estoniya Ukraynaya əlavə olaraq 6,5 milyon avro maliyyə yardımı ayıracaq.

News24.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Marqus Tsaxna dövlət televiziyası ERR-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, vəsaitin 4,5 milyon avrosu Ukraynaya lokomotivlərin verilməsinə, 2 milyon avrosu isə ölkənin bərpasına dəstək məqsədilə yaradılan SPUR 2.0 proqramına yönəldiləcək.

Estoniyanın Baş naziri Kristin Mixal bildirib ki, Rusiya ordusunun Ukraynanın enerji, nəqliyyat və logistika infrastrukturuna hücumları davam edir. Onun sözlərinə görə, Estoniya Ukraynaya dəstəyin əlavə yollarını müəyyənləşdirmək üçün beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edir.