Estoniyanın Baş naziri istefa verib

Estoniyanın Baş naziri istefa verib Dünya
Estoniyanın Baş naziri Kaja Kallas yeni hökumətə rəhbərlik etmək üçün istefa verdiyini açıqlayıb.

News24.az xəbər verir ki, bu barədə aprelin 10-da Estoniya parlamentinin mətbuat xidməti məlumat yayıb.

“Kaya Kallas yeni parlamentin ilk iclasında çıxış edərək istefa verdiyini açıqlayıb. Onun rəhbərlik etdiyi hökumət də istefaya gedir”, - məlumatda deyilib.

Qeyd edək ki, martın 5-də Estoniyada keçirilən parlament seçkilərində Baş nazir Kaja Kallasın İslahatçılar Partiyası 31 faiz səslə qələbə qazanıb.