Estoniyanın Müdafiə naziri istefa verdi

Estoniyanın Müdafiə naziri istefa verdi Dünya

Estoniyanın müdafiə naziri Hanno Pevkur Dövlət Nəzarəti tərəfindən müdafiə sahəsindəki satınalmalarla bağlı aşkarlanan problemlərə görə istefa verib.

News24.az xəbər verir ki, Pevkur məsələ ilə bağlı açıqlama verib.

“Dövlət Nəzarətinin, xüsusilə Müdafiə Qüvvələrinin və Dövlət Müdafiə İnvestisiyaları Mərkəzinin fəaliyyəti ilə bağlı iradları siyasi məsuliyyət məsələsini gündəmə gətirib.

Buna görə də hesab edirəm ki, bu gün bütün müdafiə sahəsinə görə siyasi məsuliyyəti üzərimə götürmək və baş nazir üçün uyğun vaxtda müdafiə naziri vəzifəsini ona təhvil vermək düzgün qərardır”, – Pevkur bildirib.

Məlumata görə, Estoniya Ukrayna üçün mərmi almaq məqsədilə əvvəllər heç bir mərmi satmayan hindistanlı sahibkarlara ümumilikdə 70 milyon avro məbləğində avans ödəyib.