"Eurovision-2019"un qalibi finalda canlı çıxış etməyəcək - KORONAVİRUSA YOLUXDU

"Eurovision-2019"un qalibi finalda canlı çıxış etməyəcək - KORONAVİRUSA YOLUXDU Dünya
“Eurovision-2019”un qalibi Dunkan Lourens koronavirusa yoluxub və builki müsabiqənin final mərhələsində canlı çıxış edə bilməyəcək.

News24.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda bu gün “Eurovision”un təşkilat komitəsin məlumat veriblər.

“Lourensin şənbə günü finalda çıxış edəcəyi planlaşdırılmışdı, ancaq onun koronavirus testi müsbət çıxıb. Lourens xəstəliyi yüngül keçirir. Ancaq məcburi yeddi günlük təcrid müddəti səbəbilə o, Rotterdamdakı konsert zalında canlı ifa edə bilməyəcək”, - məlumatda deyilir.
Bununla belə, son qalibin başqa formada - səsyazma vasitəsi və ya videoəlaqə ilə auditoriya qarşısına çıxması planlaşdırılır.