“Eurovision 2027”-nin keçiriləcəyi şəhər bəlli oldu
Dünya
“Eurovision 2027” Mahnı Müsabiqəsinə ev sahibiliyi edəcək şəhər müəyyənləşib.
News24.az xəbər verir ki, bu barədə Avropa Yayım Birliyi (EBU) və Bolqarıstanın Milli Televiziyası məlumat yayıb.
Qurumlar 71-ci “Eurovision” Mahnı Müsabiqəsinin Burqas şəhərində keçiriləcəyini elan edib.
Qeyd edək ki, müsabiqənin birinci yarımfinalı 11 may, ikinci yarımfinalı 13 may, böyük final isə 15 may tarixində baş tutacaq.