"Evdə tək oturub ağlayıram"
Dünya
Məşhur amerikalı müğənni Cennifer Lopez 18 yaşlı əkizləri Maks və Emmadan ayrı qalmasının onun üçün çətin olduğunu etiraf edib.
News24.az xəbər verir ki, 57 yaşlı sənətçi sosial şəbəkədə makiyajsız görüntüsünü paylaşaraq övladları üçün darıxdığını və onların uşaqlıq fotolarına baxaraq ağladığını bildirib.
“Boşalmış evdə tək otururam, ağlayıram, onlar haqqında düşünürəm və uşaqlıq şəkillərinə baxıram”, - deyə Lopez bildirib.
Bununla yanaşı, müğənni övladlarının həyatlarının yeni mərhələsinə qədəm qoymasına görə çox sevindiyini də vurğulayıb.
Qeyd edək ki, kollecdəki təhsilləri səbəbindən ailədən uzaq qalan Maks və Emmanı sənətçi keçmiş həyat yoldaşı, müğənni Mark Entoni ilə birlikdə böyüdüb.
Müğənni qeyd edib ki, övladları evdən ayrıldıqdan sonra həyatında böyük boşluq yaranıb: "İdman, dəriyə qulluq və özümə diqqət yetirmək mənim ağlımı itirməməyimə kömək edəcək. Həyatımda birdən-birə çox böyük boş vaxt yaranıb”.