"Yaşıl Çəkmələr"in sirri 30 ildən sonra açıldı

"Yaşıl Çəkmələr"in sirri 30 ildən sonra açıldı Dünya

Təxminən 30 il ərzində cəsədi Everest zirvəsində qalan və alpinistlər arasında “Yaşıl Çəkmələr” ləqəbi ilə tanınan şəxsin kimliyi DNT analizi nəticəsində müəyyən edilib.

News24.az xəbər verir ki, həmin alpinistin Hindistan vətəndaşı Dorje Morup olduğu təsdiqlənib. O, 1996-cı ildə Everest ekspedisiyasında iştirak edib.

47 yaşlı Morupun cəsədi dəniz səviyyəsindən 8 min metrdən yüksəklikdə yerləşən kiçik mağarada donmuş vəziyyətdə qalıb. İllər boyu həmin qalıqların digər alpinist Tsevanq Paljora məxsus olduğu hesab edilsə də, aparılan DNT analizi bu ehtimalı təkzib edib və əsl kimliyi üzə çıxarıb.

Dorje Morup 1996-cı il mayın 10-da Everestin şimal marşrutu ilə zirvəyə qalxmağa çalışan altı nəfərlik Hind-Tibet Sərhəd Polisi qrupunun üzvü idi. O və iki komanda yoldaşı “1996-cı il Everest faciəsi” kimi tarixə düşən qar fırtınasında həyatını itirib. Həmin fırtına ümumilikdə səkkiz alpinistin ölümünə səbəb olub.