Ayı evə hücum edib 70 yaşlı kişini öldürdü
Dünya
Türkiyənin evinin qarşısında yatan 70 yaşlı Osman Güntaş ayının hücumuna məruz qalıb.
News24.az xəbər verir ki, hadisə İzmirdə baş verib.
Hadisə barədə polisə məlumat daxil olduqdan sonra əraziyə təcili tibbi yardım və jandarma əməkdaşları cəlb olunub.
Ağır yaralanan Güntaş xəstəxanaya çatdırılıb.
Həkimlərin bütün səylərinə baxmayaraq, Osman Güntaşın həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin baş verdiyi ərazidə Təbiəti Mühafizə və Milli Parklar Şöbəsi ilə jandarma əməkdaşları araşdırmalara başlayıblar. /Haber Global/