Evlənməkdən imtina edən müğənni hücuma məruz qaldı
Dünya
Dağıstanda tanınmış müğənni evlənməkdən imtina etdiyi üçün hücuma məruz qalıb.
News24.az xəbər verir ki, naməlum şəxs müğənninin Mahaçqalanın mərkəzindəki evinə girib.
Sənətçinin sözlərinə görə, o, evində yatmağa hazırlaşarkən qəfildən “bura gəl!” qışqırdığını eşidib.
Qadın onu çağıran naməlum kişinin kim olduğunu görmək üçün gedib və həmin şəxs ona üzərinə hücum çəkib.
Məlum olub ki, həmin adam son 2 il ərzində Xədicəni izləyib.
Polislər sənətçiyə hücum edən şəxsi dərhal saxlayıblar.
O, polis şöbəsində bildirib ki, müğənniyə evlilik təklifi etmək istəyib, lakin qadın bundan imtina edib.
Sənətçi isə bildirib ki, hücum edən şəxsi tanımır.
Qeyd edək ki, Xədicə Maqomedova Dağıstanda dini mahnıların ifaçısı kimi tanınır.
O, daha əvvəl Mahaçqala Gənclər Parlamentinin deputatı və Dağıstan Respublikası Xalq Məclisi deputatının köməkçisi olub.