Əyləncə kabusa döndü: - Yaralılar var
Dünya
Almaniyanın Bavariya əyalətində keçirilən festivalda fırlanan yelləncək reklam dirəklərinə çırpılıb.
News24.az xəbər verir ki, qəza nəticəsində 5 nəfər xəsarət alıb.
Bütün oturacaqları dolu olan fırlanan yelləncəkdə texniki nasazlıq baş verib.
Yerə endirilən yelləncəklər sürətini azaltmadığı üçün oturacaqlar reklam dirəklərinə dəyib. Hadisə zamanı yaşları 10-32 arasında olan üç nəfər orta-ağır, iki nəfər isə yüngül bədən xəsarətləri alıb. Hadisə yerinə çoxlu sayda ilk yardım briqadaları göndərilib.
Prokurorluğun müraciəti əsasında texniki ekspertin nəzarəti altında araşdırma başlanılıb.
Günel Məlikzadə