Eyni anda 10 nəfəri dar ağacından - ASDILAR

Eyni anda 10 nəfəri dar ağacından - ASDILAR Dünya
Tehranın Kərəc zindanında 10 məhbus edam olunub. 

News24.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Onlardan 8-nin qətldə, ikisinin isə qeyri-qanuni cinsi münasibətdə olduqları üçün edama məhkum edildiyi bildirilir. 

Edam olunanlarla əlaqəli İran məhkəmə sistemi və rəsmi dövlət mediası heç bir məlumat yaymayıb. Buna görə də ölənlərdən yalnız ikisinin – İman Səfərirad və Mehdi Xalgəldinin kimliyi müəyyən edilib. 

Qeyd edək ki, edam olunmuş məhkumlar eyni vaxtda dar ağacından asılıb.