“Facebook” işçilərindən şirkətə qarşı - ŞOK İDDİA

“Facebook” işçilərindən şirkətə qarşı - ŞOK İDDİA Dünya

Sosial media nəhəngi “Facebook”un 140 əməkdaşı şirkətə qarşı təzminat tələbi ilə məhkəməyə müraciət ediblər.

News24.az Demokrat.az-a istinadla xəbər verir ki, işçilər işlərinə görə psixi sağlamlıqlarını itirdiklərini iddia ediblər.

Məzmunları tədqiq edən işçilər gördüklərindən təsirlənib və böyük depressiv pozğunluq yaşamağa başlayıblar.

Gördükləri məzmunların bəzilərində həddindən artıq şiddət, heyvanlar haqqında pis görüntülərin olması onların psixologiyasına dərindən təsir etdiyini bildiriblər.

“Facebook” şirkəti moderatorların çətinlik çəkdiyi bu vəziyyətlər üçün bəzi tədbirlər görməyə başlayıb.