Faciədən sonra məktəb önündə gərgin anlar yaşandı
Dünya
Türkiyədə Kahramanmaraşda baş verən və 4 nəfərin ölümü, 20 nəfərin yaralanması ilə nəticələnən hadisədən sonra məktəb önündə gərginlik yaşanıb.
News24.az xəbər verir ki, hadisədən sonra əraziyə toplaşan valideynlər övladlarının vəziyyəti ilə bağlı məlumat almağa çalışıb. Bu zaman polis qüvvələri ilə valideynlər arasında qarşıdurma və əlbəyaxa insident qeydə alınıb.
Əraziyə gələn Kahramanmaraş valisi Mükerrem Ünlüer vəziyyəti sakitləşdirməyə çalışaraq, kütləni təmkinli olmağa çağırıb və məlumatların operativ şəkildə veriləcəyini bildirib.
Hazırda bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib, araşdırma davam edir.
Nilufər