Falçı yaşlı qadını aldadıb corabında gizlətdiyi pulları oğurladı

Falçı yaşlı qadını aldadıb corabında gizlətdiyi pulları oğurladı Dünya

Rusiyanın Vladivostok şəhərində polis əməkdaşları fala baxmaq adı dələduzluq edən qadını saxlayıb.

News24.az xəbər verir ki, o, 85 yaşlı qadını aldadaraq onun pullarını mənimsəyib.

O, yaşlı qadına onun bütün xəstəliklərini sağaldacağını və üzərindəki cadunu çıxaracağını deyib. "Xüsusi ayin" keçirmək üçün də ondan xeyli pul və bir şəklini gətirməsini istəyib.

Yaşlı qadın 1 milyon rubl pulu corabının içərisinə qoyaraq razılaşdırılmış vaxtda uşaq meydançasına gəlib.

Ayin zamanı o, qadından corabı skamyanın üstünə qoymasını və arxasını çevirməsini istəyib. Daha sonra corabı yaşlı qadına qaytararaq onu bir müddət döşəyinin altında saxlamağı və ayinin təsirinin gözləməyi tapşırıb.

Qadın evə qayıtdıqdan sonra corabın içində pul əvəzinə suvenir əskinaslar olduğunu görərək polisə müraciət edib.

Polis şübhəlini saxlayıb. Onun əvvəllər məhkum olunmuş, 51 yaşlı Xabarovsk sakini olduğu müəyyən edilib.

Axtarış zamanı oğurlanan pulların bir hissəsi ondan götürülüb. Faktla bağlı dələduzluq maddəsi ilə cinayət işi açılıb.

İstintaq onun oxşar cinayətlərdə iştirakını da araşdırır.