Fars körfəzində - QAÇAQMALÇILIQ
Dünya
İran qaçaqmalçılıqla mübarizə çərçivəsində Fars körfəzində əməliyyat keçirib.
News24.az xəbər verir ki, İran İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada, “Fars körfəzində 700 min litrdən çox qaçaqmal yanacaq daşıdığı aşkarlanan Toqo bayraqlı neft tankeri ələ keçirilib, 9 ekipaj üzvü və gəmi saxlanılıb”, - deyə qeyd olunub.
Açıqlamada Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yaşayan iraqlı iş adamına məxsus olduğu bildirilən “Pearl G” adlı neft tankerinin “Aras Oil” yaxınlığında İran gəmilərindən qeyri-qanuni yanacaq tədarük edərkən aşkar edildiyi bildirilib.
Tankerdə saxlanılan 9 ekipaj üzvünün Hindistan vətəndaşı olduğu müəyyən edilib.
Məryəm İlhamqızı