Fatma Soydaş həbs edildi
Dünya
Türkiyənin sosial media fenomeni Fatma Soydaş barəsində cinayət işi başlanılıb.
News24.az xəbər verir ki, onun paylaşımlarında Türkiyə Cinayət Məcəlləsinin 216-cı maddəsinin 3-cü hissəsində nəzərdə tutulan dini dəyərləri açıq şəkildə təhqir etmə əlamətlərinin olduğu qənaətinə gəlinib.
Araşdırmalar zamanı Fatma Soydaşın İstanbulda olduğu müəyyən edilib və onun barəsində saxlanılma qərarı çıxarılıb. Həmçinin Ankara 5-ci Sülh Cəza Məhkəməsinin qərarı ilə onun sosial media hesablarına giriş məhdudlaşdırılıb.
Ankara Baş Prokurorluğunun apardığı istintaq çərçivəsində Fatma Soydaş “ədəbsiz xarakterli materialların yayılmasına vasitəçilik etmək” ittihamı ilə həbs edilib.