Fərəh Pəhləvi ordunu etirazçılara qoşulmağa çağırdı
Dünya
İranın devrilmiş şahı Məhəmməd Rza Pəhləvinin xanımı Fərəh Pəhləvi İran ordusunu etirazçılara qoşulmağa çağırıb.
News24.az xəbər verir ki, onun müraciəti "X" sosial şəbəkəsində dərc olunub.
“İran tarixinin bu dönüş nöqtəsində mən yenidən İran silahlı qüvvələrinə müraciət edirəm. Unutmayın ki, hansısa rejimin yaşaması da, hər hansı maraqların qorunması da sizin həmvətənlərinizin qanının tökülməsinə bəraət qazandıra bilməz. Çox gec olmadan qardaş və bacılarınıza qoşulun”, — deyə Fərəh Pəhləvi yazıb.
O həmçinin etirazlar zamanı yaxınlarını itirmiş bütün həmvətənlərinə başsağlığı verib. Onun sözlərinə görə, İranda etiraz edənlərin cəsarəti, vətənpərvərliyi və fədakarlığı bütün dünyanın hörmətini qazanıb.