Festival hidlilərin həyatını təhlükəyə atdı

Festival hidlilərin həyatını təhlükəyə atdı Dünya

Hindistanın paytaxtı Yeni Dehlidə Divali festivalından sonra hava keyfiyyəti indeksi təhlükəli səviyyəyə yüksəlib.

News24.az xəbər verir ki, NDTV-nin məlumatına görə, sakinlər səhər saatlarında şəhəri qalın tüstü təbəqəsinin bürüdüyünü və görünüş məsafəsinin azaldığını müşahidə ediblər.

Mərkəzi Hava Çirklənməsinə Nəzarət Şurasının məlumatına əsasən, şəhərdə orta hava keyfiyyəti indeksi 350-dən 403-ə yüksəlib. Beləliklə, hava keyfiyyəti “çox pis” səviyyədən “təhlükəli” həddə çatıb.

Çirklənmənin artmasına noyabrın 8-də keçirilən Divali festivalı zamanı istifadə olunan atəşfəşanlığın səbəb olduğu ehtimal edilir.