Türkiyədə yanğın: Azərbaycanlı model təhlükə ilə üz-üzə - Video

Türkiyədə yanğın: Azərbaycanlı model təhlükə ilə üz-üzə - Video Dünya

Azərbaycanlı model İqaməddin Hüseyinov Türkiyədə istirahət edərkən təhlükə ilə üz-üzə qalıb.

News24.az xəbər verir ki, İ.Hüseynov Türkiyənin Fethiye bölgəsində güclü meşə yanğınlarının başladığı və alovların onların qaldığı otelə yaxınlaşdığını bildirib.

"Fethiyədə dəhşətli yanğın başlayıb… Təəssüf ki, alov artıq şəhərə doğru sürətlə yaxınlaşır. Biz də əşyalarımızı götürüb çıxmağa çalışırıq. Çox qorxulu anlar yaşayırıq… Allah hamımıza kömək olsun. İnşallah yanğın tezliklə nəzarətə alınar və söndürülər", deyə o bildirib.