Finlandiya körfəzinin bir hissəsində uçuşlar məhdudlaşdırıldı
Dünya
Finlandiya körfəzin şərq hissəsində müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edib.
News24.az xəbər verir ki, “TASS”ın hava hərəkətinin idarə edilməsi xidmətindəki mənbəyə istinadən yaydığı məlumata görə, müəyyən edilmiş ərazidə 20 kilometrdən aşağı hündürlükdə uçuşlar qadağan edib.
Qərarın səbəbləri açıqlanmayıb.
Qeyd edək ki, bundan əvvəl Rusiyanın Pulkovo hava limanında da uçuş məhdudiyyətləri tətbiq edilib. Leninqrad vilayəti üzərində hava məkanının bir hissəsinin bağlanması Kalininqrada uçuşlara təsir göstərib.