Fitso etiraz etdi: "Bunu qəbul etmirik"

Fitso etiraz etdi: "Bunu qəbul etmirik" Dünya

Slovakiya Avropa İttifaqının dondurulmuş Rusiya aktivlərindən Ukraynanın hərbi və bərpa xərclərini maliyyələşdirmək planını dəstəkləməyəcək.a

News24.az xəbər verir ki, bu barədə Slovakiyanın Baş naziri Robert Fitso “Pravda” nəşrinə açıqlamasında bildirib.

Fitso qeyd edib ki, təxminən 140 milyard avro məbləğində dondurulmuş Rusiya aktivlərinin Ukraynanın bərpasına yönəldilməsi ideyası ilə razı deyil və bu təklifi dəstəkləməyəcək.

Xatırladaq ki, bu təşəbbüs Avropa Komissiyası tərəfindən irəli sürülüb və ABŞ tərəfindən tam şəkildə dəstəklənir. Məsələnin dekabr ayında Aİ çərçivəsində müzakirəyə çıxarılması gözlənilir.