Floridada helikopter təyyarəyə çırpıldı: xəsarət alanlar var

Floridada helikopter təyyarəyə çırpıldı: xəsarət alanlar var Dünya

ABŞ-də, Florida ştatının Pembrok-Payns şəhərindəki Nort-Perri hava limanında helikopter qəzaya uğrayıb, nəticədə dörd nəfər xəsarət alıb.

News24.az xəbər verir ki, bu barədə "NBC6" yanğınsöndürmə idarələrinə istinadən məlumat yayıb.

Federal Aviasiya Administrasiyası (FAA) bildirib ki, "Robinson R44" vertolyotu havaya qalxmağa çalışarkən qəzaya uğrayıb. Qəzadan sonra helikopter çevrilib və yaxınlıqdakı təyyarəyə dəyib.

Nəticədə helikopter orta dərəcədə zədələnib.

Vurğulanıb ki, bütün yaralılar xəstəxanaya yerləşdirilib. Onların xəsarətləri həyati təhlükə yaratmır.