Forma geyinib əsgərləri söydü: Canlı yayımda saxlanıldı - ANBAAN VİDEO

Forma geyinib əsgərləri söydü: Canlı yayımda saxlanıldı - ANBAAN VİDEO Dünya

Polşada hərbi forma geyinərək əsgərləri lağa qoyan və bu anları "TikTok"da canlı yayımlayan şəxs təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

News24.az xəbər verir ki, hadisə həmin şəxsin hərbi geyimdə sosial mediada canlı yayım açaraq əsgərləri ələ salması ilə başlayıb. Yayım davam edərkən təhlükəsizlik qüvvələri əraziyə müdaxilə edib.

Təhlükəsizlik qüvvələrinin həyata keçirdiyi həbs əməliyyatı canlı yayım zamanı anbaan izləyicilər tərəfindən görülüb.

Rəsmi qurumlar tərəfindən şəxsin hansı ittihamlarla saxlanıldığı ilə bağlı hələlik rəsmi bir açıqlama verilməyib.