Fransa atəşkəs sonrası İsrailə heyət göndərdi

Fransa atəşkəs sonrası İsrailə heyət göndərdi Dünya

Fransa Qəzzada atəşkəsdən sonrakı prosesi koordinasiya etmək məqsədilə İsraildə yaradılan mərkəzə həm hərbi, həm də mülki personal göndərib.

News24.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Jan-Noel Barrot LCI telekanalına açıqlamasında məlumat verib.

Barrot bildirib ki, Fransa ABŞ-nin təşəbbüsü ilə İsraildə, Qüds və Təl-Əviv arasında yaradılan koordinasiya mərkəzinə qoşulub:

“Sülh planını həyata keçirmək üçün ABŞ-ın İsrailə göndərdiyi komandaya qoşulmaq məqsədilə Fransadan da hərbi və mülki heyət göndərdik", – deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, hazırda bu mərkəzdə Fransa hərbçiləri fəaliyyət göstərir, lakin göndərilən heyətin sayı açıqlanmır. Barrot əlavə edib ki, Fransa və ABŞ BMT-nin Qəzzaya Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin yerləşdirilməsi ilə bağlı qətnamə qəbul etməsi istiqamətində birgə çalışırlar.