Fransa məhkəməsi Durovla bağlı qərar verdi

Fransa məhkəməsi Durovla bağlı qərar verdi Dünya

Fransa hakimiyyəti Pavel Durova sərbəst şəkildə dünyanı gəzməyə icazə verib.

News24.az xəbər verir ki, “Bloomberg” mənbələrinə əsasən, Fransa hakimiyyəti “Telegram”ın yaradıcısı Pavel Durova ölkədən çıxışı məhdudlaşdıran məhkəmə nəzarətini ləğv edib.

Bildirilib ki, Durov artıq ölkədən sərbəst şəkildə gedə bilər və yerli polis şöbəsində mütəmadi qeydiyyatdan keçmək öhdəliyindən azad edilib.

Qeyd edək ki, Durov 2024-cü ilin avqust ayında Fransada saxlanılıb. Ona qarşı səlahiyyətli orqanların sorğularına cavab verməkdən imtina, eləcə də vəsaitlərin yuyulması kimi müxtəlif ittihamlar irəli sürülüb.