Fransada 130-dan çox insan suda boğulub

Fransada 130-dan çox insan suda boğulub Dünya

Fransada üç həftəlik ekstremal istilər ərzində 131 nəfər suda boğulub.

News24.az xəbər verir ki, bunu ölkənin idman naziri Marina Ferrari bildirib.

"İyunun 19-dan bəri 131 nəfər boğulub", - o qeyd edib və əlavə edib ki, həlak olanların əsas hissəsini yetkinlik yaşına çatmayanlar, həmçinin 60 yaşdan yuxarı insanlar təşkil edir.

Qurbanların 55%-i üzməyin qadağan olunduğu yerlərdə həlak olub. Boğulmaların 20%-i isə şəxsi hovuzlarda qeydə alınıb. (Report)