Fransada etirazlar səbəbindən 375 lisey fəaliyyətini dayandırdı
Dünya
Fransada tələbə etirazları səbəbindən 375 liseyin fəaliyyəti tam və ya qismən dayandırılıb.
News24.az xəbər verir ki, “Franceinfo” radiosu Fransa Təhsil Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, oktyabrın 8-də 224 lisey tamamilə bağlanıb, 151 lisey isə qismən fəaliyyət göstərib. Bu göstərici oktyabrın 7-si ilə müqayisədə 30 faiz azdır.
Nazirliyin məlumatına əsasən, Fransadakı liseylərin 94 faizi artıq tam və ya qismən fəaliyyətini bərpa edib.
Ölkədə lisey şagirdlərinin etirazları davam edir.