Fransada etirazlarda 6877 nəfər saxlanıldı
Dünya
Fransada orta məktəb şagirdlərinin etirazları ilə əlaqədar 6877 nəfər saxlanılıb, 21 nəfər həbs edilib.
News24.az xəbər verir ki, Fransa Ədliyyə Nazirliyinin məlumatına görə, saxlanılanların 86 faizi yetkinlik yaşına çatmayanlardır.
Bildirilib ki, saxlanılanlardan 2376 nəfər barəsində məhkəmə prosesi başlanıb, 1547 nəfər isə hakim qarşısına çıxarılıb. Bundan başqa, 1897 nəfərə müxtəlif məhdudiyyətlər və ictimai işlər kimi tədbirlər tətbiq edilib.