Fransada hicab qadağasına etiraz

Fransada hicab qadağasına etiraz Dünya

Fransada ifrat sağçıların gələn il keçiriləcək prezident seçkilərini qazanacağı təqdirdə hicabı qadağan etmək və cərimə tətbiq etmək planı geniş etiraza sabəb olub.

News24.az xəbər verir ki, buna qarşı çıxan fransız qadınlar müsəlmanlarla həmrəylik üçün sosial mediada hicablı foto və videolarını paylaşaraq dəstək kampaniyası başladblar.

Fransada 2004-cü ildən məktəblərdə və dövlət idarələrində tətbiq edilən bu qadağanın referendumla ictimai yerlərə də şamil edilməsi nəzərdə tutulur.

Seçkinin 2027-ci ildə keçiriləcəyi və Emmanuel Makronun namizəd ola bilməyəcəyi bildirilir.