Fransada Luara çayının suyu kritik həddə düşdü

Fransada Luara çayının suyu kritik həddə düşdü Dünya

Fransanın Luara çayında suyun səviyyəsi kritik dərəcədə aşağı düşüb.

News24.az xəbər verir ki, BFMTV-nin məlumatına görə, isti hava və quraqlıq səbəbindən çayın yatağı hər gün daha çox üzə çıxır.

Çayın üzərində yerləşən Luaroksans şəhərinin meri Jan-Pol Yuenin sözlərinə görə, fevral ayında bölgədə tarixi daşqının qeydə alındığı dövrlə müqayisədə hazırda Luaranın su səviyyəsi 8-9 metr aşağıdır.

Mer yaxın günlərdə yağış yağmasa, şəhərdə içməli sudan istifadəyə müvəqqəti məhdudiyyətlər tətbiq edilə biləcəyindən narahatlığını bildirib.

Luara ilə yanaşı, Reyn və Dunay da daxil olmaqla Avropanın digər çaylarında suyun səviyyəsinin aşağı düşməsi son aylarda yağıntının azalması və anomal isti hava ilə əlaqələndirilir.