Fransada mağazadan oğurlanan "iPhone"-lar bloklandı
Dünya
Fransanın Lill şəhərində ixtişaşlar zamanı “Apple” mağazasından oğurlanan “iPhone”-lar bloklanıb.
News24.az xəbər verir ki, oğurlanan telefonların bir hissəsinin ekranında cihazın deaktiv edildiyini, yerinin müəyyənləşdirildiyini və yerli hüquq-mühafizə orqanlarının məlumatlandırılacağını bildirən xəbərdarlıq mesajı görünüb.
Məlumatlara görə, “Apple” mağazadan çıxarılan cihazlarını uzaqdan bloklamaq imkanına malikdir.
Bu telefonlar mağazalarda xüsusi proqram təminatı ilə işləyir və icazəsiz şəkildə mağazadan çıxarıldıqda istifadəyə yararsız hala düşə bilər.
Bununla belə, sosial şəbəkələrdə yayılan görüntülərin həqiqiliyi təsdiqlənməyib və “Apple” şirkəti hadisə ilə bağlı rəsmi açıqlama verməyib.