Fransada mer dava zamanı öldü

Fransada mer dava zamanı öldü Dünya

Fransanın Lokmarya kommunasının meri Dominik Ruslo limanda gəzinti gəmisinin sahibi ilə baş verən dava zamanı ölüb.

News24.az xəbər verir ki, hadisə Le-Pale limanında baş verib.

Mübahisənin hansı səbəbdən başladığı açıqlanmayıb.

Polis gəzinti gəmisinin 55 yaşlı sahibini saxlayıb.

Nəşrin yazdığına görə, o, daha əvvəl ağır bədən xəsarəti yetirməyə görə məhkum olunub. /Le Figaro/