Fransada paraşütçüləri daşıyan təyyarə qəzaya düşdü - Sağ qalan yoxdur

Fransada paraşütçüləri daşıyan təyyarə qəzaya düşdü - Sağ qalan yoxdur Dünya

Fransanın Tomblen qəsəbəsində paraşütçüləri daşıyan kiçik mülki təyyarə qəzaya uğrayıb.

News24.az xəbər verir ki, nəticədə göyərtədə olan 11 nəfərin hamısı həlak olub.

İlkin məlumata görə, təyyarə havaya qalxdıqdan qısa müddət sonra yerə çırpılıb və alovlanıb.

Qəzaya uğrayan təyyarədə 1 pilot, 5 paraşüt təlimatçısı və tandem paraşütü ilə ilk dəfə tullanmağa hazırlaşan 5 nəfər olub.

Hadisə yerinə xilasedicilər, çoxsaylı yanğınsöndürən və tibbi briqadalar cəlb edilib.

Fransa Mülki Aviasiya Təhlükəsizliyi Bürosu hadisənin səbəbləri haqda araşdırmalara başlayıb.

Qəza Fransada son illərin ən ağır paraşüt aviasiyası hadisələrindən biri hesab olunur./Qafqazinfo/