Fransada uşaqlar üçün sosial şəbəkə qadağası ləğv edildi
Dünya
Fransanın Konstitusiya Şurası 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunu ləğv edib.
News24.az xəbər verir ki, Şura bu qadağanın 15 yaşından aşağı şəxslərin fikir və ünsiyyət azadlığını qeyri-mütənasib şəkildə məhdudlaşdırdığı qənaətinə gəlib.
Qeyd edək ki, sözügedən qanun iyul ayında Fransa parlamentində qəbul edilib və sentyabrda mərhələli şəkildə qüvvəyə minməsi planlaşdırılıb.
Prezident Emmanuel Makron qərardan sonra Baş nazir Sebastyan Lekornyudan yeni qanun layihəsi hazırlamağı istəyib. Hökumət islahatın 2027-ci ilin əvvəlində həyata keçirilməsinə ümid edir.