Fransada yeni etiraz dalğası – 60-a yaxın aksiya keçiriləcək
Dünya
Fransada noyabrın 14-də ölkə üzrə 50-60 etiraz aksiyasının keçirilməsi planlaşdırılır.
News24.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Loran Nunyes LCI telekanalına açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, qarşıdan gələn aksiyaların əhəmiyyətli hissəsi tələbələr tərəfindən təşkil olunacaq. O, nümayişlərin hazırlanması və keçirilməsi sahəsində təcrübəyə malik həmkarlar ittifaqlarının prosesdə iştirak etməməsindən narahatlığını ifadə edib.
Qeyd edək ki, Fransada etiraz dalğası sentyabrın ortalarında başlayıb. İlk olaraq orta məktəb şagirdləri Paris ətrafında küçələrə çıxaraq təhsil müəssisələrində şəraitin yaxşılaşdırılmasını tələb ediblər. Daha sonra qiymət artımından narazı olan vətəndaşlar da aksiyalara qoşulub və etirazlar ölkənin digər bölgələrinə yayılıb.
Etirazların ən genişmiqyaslı mərhələsi oktyabrın 17-də keçirilən ümumxalq nümayişi olub. Fransa Daxili İşlər Nazirliyinin görə, aksiyada təxminən 550 min nəfər iştirak edib.