Fransadakı etirazlarda iştirak edənlərin sayı açıqlandı
Dünya
Bu gün Fransada məktəblilərin və yuxarı sinif şagirdlərinin etiraz aksiyalarında 256 min nəfər iştirak edib.
News24.az "Le Monde"a istinadən xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Qurumdan qeyd edilib ki, yalnız Parisdəki aksiyalarda təxminən 56 min nəfər iştirak edir.
Etirazların təşkilatçıları (onların arasında USL, FAGE, Union étudiante, UNEF tələbə birlikləri də var) iddia edirlər ki, nümayişlərdə bütün Fransa üzrə 450 min nəfər, o cümlədən Parisdə 100 min nəfər iştirak edib.