Fransalı siyasətçidən Makrona sərt ittiham: “Dəli olub!”

Fransalı siyasətçidən Makrona sərt ittiham: “Dəli olub!” Dünya

Fransanın sağçı “Oyan, Fransa” partiyasının lideri Nikolas Düpon-Eynyan prezident Emmanuel Makronu ölkənin nüvə siyasətinə görə tənqid edib.

News24.az xəbər verir ki, siyasətçi Finlandiyanın Avropada Nüvə Silahlarının Qarşısının Alınması üzrə Paris Təşəbbüsünə qoşulmasına münasibət bildirib. O, Fransanın nüvə arsenalına nəzarətin yalnız Yelisey Sarayının səlahiyyətində olmalı olduğunu vurğulayıb.

Düpon-Eynyan sosial şəbəkədə paylaşımında Makronun siyasətini sərt şəkildə tənqid edərək, Fransanın “nüvə çətirini” Finlandiya və Estoniyaya qədər genişləndirməsinin ölkəni Rusiya ilə sərhəddə baş verə biləcək hadisələr qarşısında riskə atdığını bildirib.

Qeyd edək ki, Helsinki daha əvvəl Avropada Nüvə Silahlarının Qarşısının Alınması üzrə Paris Təşəbbüsünə qoşulub. Təşəbbüs Fransanın martın əvvəlində açıqladığı nüvə doktrinasına əsaslanır. Bu çərçivədə Paris nüvə arsenalını artırmağı, digər Avropa ölkələrinə isə birgə nüvə təlimlərində iştirak imkanı verməyi planlaşdırır.

Təşəbbüsə Böyük Britaniya, Almaniya, Polşa, Niderland, Belçika, Yunanıstan, İsveç və Danimarka da dəstək verib. Estoniyanın da layihədə iştirakı ilə bağlı Fransa ilə danışıqlar apardığı bildirilib.