Fransalı nazir Elon Maskı ittiham etdi

Fransalı nazir Elon Maskı ittiham etdi Dünya

Fransanın xarici işlər naziri Jan-Noel Barro sosial media platforması “X”in sahibi Elon Maskı Avropa liderlərinə qarşı kütləvi onlayn hücum kampaniyaları təşkil etməkdə ittiham edib.

News24.az xəbər verir ki, nazir bu barədə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının konfransında çıxışı zamanı danışıb.

Barro bildirib ki, demokratiyanı zəiflətməyə çalışan qüvvələr informasiya məkanında mövqelərini gücləndirərək ictimai müzakirələrdə qütbləşməni dərinləşdirirlər. Onun sözlərinə görə, bu proses Avropa və Şimali Amerikada avtoritar meyilli siyasi hərəkatların güclənməsinə şərait yaradır.

Fransalı nazir 2027-ci ildə ölkəsində keçiriləcək prezident seçkilərini də nümunə göstərib. O, demokratiyanı zəiflətmək istəyən qüvvələrin cəmiyyətdəki fikir ayrılıqlarından, immiqrasiya məsələsindən, dünyəvilik prinsipindən və İsrail-Fələstin münaqişəsindən istifadə edərək gərginliyi artırmağa çalışdıqlarını iddia edib.