“Friends”in rejissoru vəfat etdi

“Friends”in rejissoru vəfat etdi Dünya

Amerikalı rejissor və prodüser Ceyms Berrouz vəfat edib.

News24.az xəbər verir ki, bu barədə “New York Times” məlumat yayıb.

85 yaşında dünyasını dəyişən Berrouzun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Ceyms 11 “Emmi” mükafatına layiq görülüb. Rejissor “The Mary Tyler Moore Show”, “The Bob Newhart Show”, “Taxi”, “Frasier”, “Friends” və “The Big Bang Theory” kimi kult layihələrdə çalışıb. O, ümumilikdə 75 serialın pilot bölümünü çəkib ki, bunların da bir çoxu sonradan uğurlu seriallara çevrilib.