FSB əməliyyat keçirdi: Saxlanılanlar var - Bu ölkədə

FSB əməliyyat keçirdi: Saxlanılanlar var - Bu ölkədə Dünya

FSB və Federal Penitensiar Xidmətin əməkdaşları Ulyanovsk vilayətindəki cəzaçəkmə müəssisəsində terror aktının qarşısını alıblar.

News24.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Müəyyən edilib ki, 41 yaşlı məhbus müsəlmanların Qurban bayramı ərəfəsində həbsxana işçilərini öldürməyi planlaşdırıb. O, Rusiyada qadağan olunmuş beynəlxalq terror təşkilatının tərəfdarı olub və ənənəvi İslamın təməllərini sarsıtmaq niyyətində olub.

Terror aktı törətməyə hazırlıq maddəsi ilə cinayət işi açılıb.