FSB Saxalində yapon jurnalisti casusluqda şübhəli bilərək saxladı
Dünya
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Saxalində yapon jurnalisti casusluqda şübhəli bilərək saxlayıb.
News24.az xəbər verir ki, jurnalist Yaponiyanın “Hokkaydo Şimbun” qəzetinin müxbiridir və Rusiya Xarici İşlər Nazirliyində akkreditasiyadan keçərək Yujno-Saxalinskdə fəaliyyət göstərib.
Məlumata görə, jurnalist Yaponiyanın xüsusi xidmət orqanlarının maraqları naminə casusluqda şübhəli bilinir.
O, Rusiyanı tərk etməyə hazırlaşarkən uçuşdan bir gün əvvəl Saxalində saxlanılıb və Moskvaya aparılıb.