Futbol federasiyasının rəhbəri - CİNSİ TƏCAVÜZDƏ GÜNAHLANDIRILIR

Futbol federasiyasının rəhbəri - CİNSİ TƏCAVÜZDƏ GÜNAHLANDIRILIR Dünya
Haiti Futbol Federasiyasının (FHF) rəhbəri İv Jan-Bart milli təlim mərkəzindəki gənc futbolçulara qarşı cinsi istismarda ittiham edilib. 

News24.az xəbər verir ki, belə bir iddia ilə "The Guardian" çıxış edib. Hadisələrin son 5 ildə baş verdiyi bildirilib. Vurğulanıb ki, 2000-ci ildən bu yana federasiya rəhbəri olan Jen-Bart milli təlim mərkəzindəki bir neçə oyunçunu cinsi əlaqəyə məcbur edib, hətta bu oyunçulardan birini aborta məcbur edib. 

İttihamlara cavab verən İv Jan-Bart isə heç bir şikayətin olmadığını bildirib. O, bu addımı prezident ailəsini və federasiyanı ləkələmək üçün manevr adlandırıb.