"Gangnam Style"dan yeni rekord
Dünya
Cənubi koreyalı müğənni Psy-ın (əsl adı Pak Çe San) məşhur "Gangnam Style" klipi yutubda 6 milyard baxış sayını keçib.
News24.az xəbər verir ki, bu barədə "Billboard" məlumat yayıb.
2012-ci ildə yayımlanan klip bu göstəriciyə çatan ilk K-pop videosu olub. Rejissoru Ço Su Hyon olan ekran işi yayımlandıqdan sonra qısa müddətdə dünya üzrə məşhurlaşıb.
"Gangnam Style" yutub tarixində 1 milyard baxışı keçən ilk video kimi də tarixə düşüb. Klip bu həddə yayımlandıqdan 159 gün sonra çatıb. Mahnı 2012-ci ildə "Billboard Hot 100" siyahısında ikinci pilləyə yüksəlib.
Qeyd edək ki, 2025-ci ildə Psy və onun həkimi ilə bağlı araşdırma aparıldığı açıqlanıb. İddiaya görə, ifaçı 2022-ci ildən etibarən asılılıq riski yüksək olan bəzi dərmanları üçüncü şəxslər vasitəsilə əldə edib. Psy-ın nümayəndələri isə bu iddiaları təkzib edib. (axsam.az)