Gela Geladze təyyarə qəzasının baş verdiyi ərazidə – Fotolar
Dünya
Gürcüstanın daxili işlər naziri Gela Geladze və birinci müavini Roni Mesk Türkiyəyə məxsus hərbi təyyarənin qəzaya uğradığı ərazidə olublar.
News24.az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin rəsmi feysbuk hesabında məlumat paylaşılıb.
Nazir qəza yerinə baxış keçirib, görülən işlər barədə məlumat alıb. Hadisə yerində xilasedicilər işləyir.
Xatırladaq ki, bir neçə saat əvvəl Türkiyəyə məxsus C-130 hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Türkiyə MMN məlumatına görə, hadisə zamanı təyyarənin göyərtəsində 20 nəfər olub.