“Gələcəyimiz cəhənnəmdir..." - OVANNİSYAN
Dünya
“Ermənistanı qarşıda cəhənnəmə bənzər gələcək gözləyir”.
News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu erməni siyasi ekspert Vahe Ovannisyan deyib.
“Bu gün beynəlxalq ekspertlər Ermənistanın mümkün zonalara bölünməsi perspektivini müzakirə edirlər. Hadisələrin son nəticədə kiçik Ermənistanın Türkiyə, Rusiya, İran, Avropa Birliyi arasında təsir zonalarına bölünməsinə gətirib çıxara biləcəyi istisna olunmur”, - ekspert bildirib.
Ovannisyan Ermənistanın iradəsinin özündə olmadığını, qeyri-müəyyən gələcəyə kənar güclərin yedəyində süründüyünü söyləyib. Erməni ekspert ölkəsinin gələcəyini “cəhənnəm” kimi təsvir edir.