Gəlin bəyin evinə çatmaq üçün 18 kilometr piyada getdi
Dünya
Hindistanın Uttarakhand əyalətində Şarmila adlı gənc qız kəndə yol olmadığı üçün bəyin evinə gəlinlik paltarında 18 kilometr piyada getməli olub.
News24.az xəbər verir ki, “India Today”in məlumatına görə, gəlin səfərdən sonra ştatın baş naziri Puşkar Sinq Dhamiyə müraciət edərək kəndə yol çəkilməsini istəyib.
Onun fotoları sosial şəbəkələrdə yayılıb. Hadisə ucqar kənd sakinlərinin yol problemi səbəbindən gündəlik həyatda və vacib tədbirlərdə üzləşdikləri çətinlikləri yenidən gündəmə gətirib.