Gəlin nəvəsinə baxmaq istəməyən qayınanasını döydü - Foto

Gəlin nəvəsinə baxmaq istəməyən qayınanasını döydü - Foto Dünya

Çində qadın xəstə nəvəsinə baxmaqdan imtina edən qayınanasını döyüb.

News24.az xəbər verir ki, bu barədə “South China Morning Post” məlumat yayıb.

Hadisə Çinin Çjetszyan əyalətində baş verib.

İki uşaq anası olan gəlin başqa şəhərdə işlədiyi üçün övladlarını nənəsinin yanında qoyub. O, oğlu ilə danışanda uşağın özünü pis hiss etdiyini və nənəsinin onun hərarətini ölçmək istəmədiyini öyrənib.

Övladının səhhətindən narahat qalan qadın təcili evə qayıdıb. Qayınanası dişinin ağrıdığını bəhanə edərək nəvəsini həkimə aparmaqdan imtina edib və sevgilisini ziyarət etmək istədiyini deyib.

Bundan qəzəblənən gəlin də qayınanasına hücum edib. Hadisədən xəbər tutan oğul həyat yoldaşının tərəfini tutub və anasını "əxlaqsız" adlandırıb.

Gəlinin baldızı isə buna etiraz edərək analarının aşağı maaşla sanitariya xidmətində çalışdığını, buna baxmayaraq, oğullarına artıq 100 mindən çox yuan pul köçürdüyünü və onun şəxsi həyatını yaşamaq hüququna malik olduğunu bildirib.

Hüquqşünaslar xəbərdarlıq ediblər ki, qəsdən sağlamlığa zərər vurduğu üçün gəlini 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyə bilər.