Gənc futbolçu qanunsuz yolla İspaniyaya keçmək istəyərkən boğulub öldü
Dünya
Mərakeş qadın futbolunun perspektivli oyunçularından sayılan 20 yaşlı Faten Ben Omar əl-Əzizi Avropaya qanunsuz yolla keçməyə cəhd edərkən həyatını itirib.
News24.az xəbər verir ki, gənc futbolçu Mərakeşin Fenidek sahillərindən İspaniyaya məxsus Seuta şəhərinə üzərək keçməyə çalışıb.
Keçid zamanı güclü dəniz axınına düşən idmançı boğularaq ölüb.
Məlumata əsasən, “Moqreb Atletiko de Tanjer” klubunun üzvü olan Ben Omar axının təsirindən sahilə çıxa bilməyib və hadisə yerində həyatını itirib.
Faciədən sonra “Moqreb Atletiko de Tanjer” klubu rəsmi açıqlama yayaraq futbolçunun vəfatını təsdiqləyib.
Klub bəyanatında Faten Ben Omar əl-Əzizinin gələcəyinə böyük ümidlər bəslənilən gənc oyunçulardan biri olduğu vurğulanıb, onun ailəsinə, yaxınlarına və komanda yoldaşlarına başsağlığı ifadə edilib. (Qafqazinfo)